Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərərçəkmiş Azərbaycan Respublikası vətəndaşları Gürcüstandan keçməklə ölkəmizə təxliyə olunublar.
Senzor.az bildirir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Türkiyədən təxliyə olunan vətəndaşlarımızı Türkiyə-Gürcüstan “Sarp” sərhəd-keçid məntəqəsində qarşılayıblar.
Vətəndaşlarımıza yolboyu yemək və digər xidmətlər göstərilib. Fevralın 8-də axşam saatlarında Azərbaycan vətəndaşları səfirlik əməkdaşlarının müşayiəti ilə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən Vətənə yola salınıblar.