Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,53 dollar azalaraq 83,97 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,56 dollar ucuzlaşaraq 77,5 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, o, cüzi bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,03 dollar artaraq 86,36 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti (135,99 dollar) martın 9-da qeydə alınmışdı.