Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sayca üçüncü humanitar yardım karvanı qardaş ölkəyə yola salınır.
Senzor.az-ın xəbərinə görə, nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 1015 çadır və 240 soba daxildir.
Qeyd edək ki, humanitar yardım 9 yük avtomobili və onları müşahidə edən nəqliyyat vasitələri ilə qardaş ölkəyə göndərilir.