Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi növbəti humanitar yardımı karvanı Kahramanmaraşa çatıb.
Xəbərə görə, Bakıdan gələn yardım karvanı Gəncədən keçməklə Türkiyənin Kahramanmaraş bölgəsinə gəlib. Humanitar yardımlar 16 xüsusi təyinatlı nəqliyyat vasitəsi ilə buraya çatıb.
Yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir.
Fövqəladə Hallar Nazirliyinin N saylı Hərbi Hissəsinin Alay Komandiri, polkovnik Şəmsəddin Əmrahov deyib ki, Prezident İlham Əliyevin tapşırığı ilə humanitar avtomobil karvanı Gürcüstan ərazisindən keçərək qardaş Türkiyənin Kahramanmaraş şəhərinə çatıb və zəlzələdən əziyyət şəxslərə paylanacaq.