Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı 198 saatdan sonra binanın dağıntıları altından 2 qardaşı sağ çıxarıb.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın xilasediciləri gənc Muhammed və Abdulbaki Enes qardaşlarını dağıntıların atından xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Qrup hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.