Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayının çoxluğundan dəhşətə gəlmişik.
Bu barədə NATO Baş katibi Yens Stoltenberq müdafiə nazirlərinin iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“NATO müttəfiqi Türkiyəyə yardım edir və bu yardım davam etməlidir. Biz öz müttəfiqimiz Türkiyə ilə həmrəy qalmalı və dəstəyimizi davam etdirməliyik”, - Baş katib əlavə edib.