Qara günümüzdə sərgilənən dostluğu heç vaxt unutmayacağıq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Afrikadan Asiyaya, Amerikadan Balkanlara, Avropadan Körfəz bölgəsinə qədər 100 milyonlarla dost və qardaşımızın bizlərə uzatdığı yardım əllərinin şahidi oluruq. Əlindəki, ovcundakı varını-yoxunu Türkiyəyə göndərən hər kəsdən Allah razı olsun.
Türkiyə dövləti olaraq, fəlakətin yaralarını millətimizlə əl-ələ verərək aradan qaldıracağıq”, - Türkiyə lideri vurğulayıb.