Ermənistan və Türkiyə sərhədlərini üçüncü ölkə vətəndaşlarına açır

Ermənistan və Türkiyə sərhədlərin üçüncü ölkə vətəndaşları üçün açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər.


Bunu Ermənistan və Türkiyə arasında münasibətlərin nizamlanması üzrə danışıqlarda Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç “Armenpress”in müxbirinin sualını cavablandırarkən deyib.


“Üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına gəlincə, nazirimiz çıxışında qeyd etdi ki, bu məsələ ilə bağlı işə yeni təkan vermək üçün razılıq əldə olunub.


İki nazir bu razılığa gəliblər və biz Marqara körpüsünün ən qısa zamanda istismara başlaması üçün əlimizdən gələni edəcəyik”, - Türkiyənin xüsusi nümayəndəsi Ermənistan və Türkiyə XİN rəhbərlərinin Ankarada keçirilən görüşünün nəticələrini təqdim edərkən bildirib.


O, həmçinin son vaxtlar atılan addımların yaxın gələcəkdə münasibətlərin normallaşması prosesinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.