Türkiyədə bu gündən etibarən axtarış-xilasetmə işləri ilə yanaşı ağır texnika vasitəsi ilə dağıntıların aradan qaldırılması prosesinə də başlanıb.
NTV xəbər verir ki, prosesdən öncə dağıntılardan nümunələr götürülür, ardından isə artıq zəlzələ nəticəsində yaranan dağıntılar təmizlənir.
Təbii fəlakət səbəbindən zəlzələnin təsir etdiyi ərazidə fövqəladə vəziyyət elan olunub.