Ermənistanın keçmiş müdafiə naziri Viqen Sarkisyan axtarışa verilib.
Senzor.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Vigen Sarkisyan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.
Belə ki, ona qarşı irəli sürülən ittihama əsasən, 2016-2018-ci illərdə Sarkisyan hərbçi olmayan 29 şəxsə mənzillərin ayrılması barədə göstəriş verib. Bununla bağlı məhkəmə sabiq müdafiə naziri Viqen Sarkisyanın həbsi ilə bağlı vəsatəti təmin etmişdi.