Azərbaycan bizim vacib strateji tərəfdaşımızdır.
Bunu Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşünə dair "Facebook"dakı paylaşımında qeyd edib.
“Brüsseldə Azərbaycan təbii qazı olmadan Avropanın enerji təchizatının təhlükəsizliyinin həll edilə bilməyəcəyi aydınlaşandan sonra Azərbaycan Avropada çoxlu yeni dostlar qazanıb. Biz bunu çoxdan deyirik, ona görə də Azərbaycan təkcə bizim köhnə dostumuz deyil, həm də əsas strateji tərəfdaşımızdır. Bu ruhda biz bu gün əmək naziri Sahil Babayevlə danışıqlar masası arxasında otururuq", nazir paylaşımında bildirib.