Ermənistanın baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində İraq Kürd Muxtariyyətinin rəhbəri Neçirvan Bərzani ilə görüşüb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Qeyd olunub ki, görüşdə iqtisadi əməkdaşlıq, regional əhəmiyyət kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.