Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar ayında 3,1 min şəxsə əlillik təyin edib.
Bu barədə Senzor.az-a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, onlardan 1,4 mininə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparılıb.
Həmçinin Agentliyin reabilitasiya müəssisələrində ötən ay 5,1 min şəxsə reabilitasiya xidməti göstərilib, 1038 şəxsə 4 952 reabilitasiya vasitəsi verilib.