Qaxda qarın hündürlüyü 46 sm-ə çatıb - FAKTİKİ HAVA

Fevralın 22-də Azərbaycan ərazisində hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin bəzi dağlıq ərazilərdə arabir qar yağıb.


Bu barədə Senzor.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, qar örtüyünün hündürlüyü Qaxda 46 sm, Ağdərədə 25 sm, Daşkəsəndə 9 sm, Qrızda 7 sm, Xaltanda 5 sm, Şahdağda 3 sm olub.


Şimal-qərb küləyi arabir Ağdamda 26 m/s, Qobustanda 25 m/s, Tərtər, Naftalanda 24 m/s, Daşkəsəndə 23 m/s, Şəki, Mingəçevir, Göyçayda 22 m/s, Zərdab, Qəbələdə 20 m/s, Gəncə, Kəlvəz, Yevlax, İsmayıllıda 18 m/s, Sabirabad, Şahdağ, Qax, Altıağac, Qubada 17 m/s, Yardımlı, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.


Havanın temperaturu fevralın 21-də Bakıda iqlim normasından 2.3° yuxarı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-6° isti, Naxçıvanda 0-5° şaxta, dağlıq rayonlarda 8°-dək şaxta, aran rayonlarında 6°-dək isti olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.