Böyük Britaniyanın Azərbaycandakı səfiri və dövlət naziri Tofiq Bəhramovun abidəsini ziyarət ediblər

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould tanınmış futbol hakimi Tofiq Bəhramovun abidəsini ziyarət edib.


Məlumata görə, F. Ould həmyerlisi ilə abidənin qarşısında çəkdirdiyi fotonu özünün tviter səhifəsində paylaşıb.


Səfir postun üzərində Azərbaycan dilində bu sözləri yazıb: "Futbol həm Böyük Britaniyada, həm də Azərbaycanda çox sevilir. İngiltərənin 1966-cı ildə futbol üzrə dünya çempionatını qazanmasında Tofiq Bəhramovun ədalətli qərarının böyük rolu olub. Odur ki, nazir Leo Dokerti ilə bura mütləq gəlmək istəyirdik".


Qeyd edək ki, İngiltərə yığması DÇ-1966-nın finalında Almaniya seçməsini 4:2 hesabı ilə məğlub edib. Həmin matçda yan xətt hakimi olmuş Tofiq Bəhramov Britaniyalıların vurduğu 3 topun qapı xəttini keçdiyini bildirərək, qolun qeydə alınmasına nail olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.