Dünya birjalarında neft qiymətləri bahalaşıb.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,95 dollar artaraq 83,16 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,93 dollar bahalaşaraq 76,32 dollar təşkil edib.
Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,82 dollar artaraq 83,77 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti (135,99 dollar) martın 9-da qeydə alınmışdı.
Senzor.az