Göygöl Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Əliyev Turani Həndəm oğlu vəzifədən azad olunması üçün ərizə yazıb.
Senzor.az xəbər verir ki, o, "Report"un Qərb bürosuna məlumatı təsdiqləyib.
T.Əliyev 65 yaşı tamam olduğuna görə vəzifədən azad olunması üçün ərizə yazdığını bildirib.
Birinci müavin hazırda məzuniyyətdə olduğunu və ərizəsini də təqdim etdiyini söyləyib.
Qeyd edək ki, T.Əliyev 18 il Göygöl Rayon İcra Hakimiyyətində vəzifədə çalışıb. O, bir müddət icra başçısının səlahiyyətlərini də icra edib.