Dumanlı hava şəraiti ilə əlaqədar Bakının əsas magistrallarında sürət həddi azaldılıb.
Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat veriblər.
Qeyd olunub ki, dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti, Aeroport şosesi, Mərdəkan şosesi, Buzovna-Zaqulba yolu və Zığ şosesində sürət həddi 20 km/saat endirilib.