Malatyada zəlzələdə yaralananların sayı 110 nəfərə çatıb - DAĞINTILAR ALTINDAN 32 NƏFƏR XİLAS EDİLİB
YENİLƏNİB

Malatyada zəlzələ nəticəsində yaralananların sayı 110 nəfərə çatıb.


Bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib.


Onun sözlərinə görə, dağıntılar altından 32 nəfər xilas edilib.

**14:30

Türkiyənin Malatya şəhərinin Yeşilyurd rayonunda bu gün günorta saatlarında baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb, 69 nəfər yaralanıb.


Senzor.az xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezer bildirib. 


**14:22

Malatyada baş verən zəlzələ nəticəsində iki nəfər yaralanıb.


“TRTHaber” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.


Onun sözlərinə görə, yeraltı təkan nəticəsində hələ ki ölən yoxdur.


Vitse-prezident vətəndaşları zədəli binalardan uzaq durmağa çağırıb.


**13:25

Türkiyənin Malatya əyalətinin Yeşilyurt rayonunda 5,6 maqnitudada zəlzələ olub.


Senzor.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.


Zəlzələ yerli vaxtla 12:04-də qeydə alınıb.


**11:27

Kahramanmaraşın Ekinözün kəndində 4,3 bal gücündə zəlzələ baş verib.


Saat 09:19-da baş verən zəlzələnin dərinliyi 7 kilometr olub.


Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.