Azərbaycan “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol”u təsdiqləyib.
Senzor.az xəbər verir ki, bununla bağlı qanunu Prezident İlham Əliyev təsdiqləyib.
Sənədə əsasən 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanmış “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol” təsdiq edilib.