Türkiyənin İzmir şəhəri sahilllərində 4,1 bal gücündə zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə AFAD məlumat yayıb.
Yerli vaxtla saat 21:22-də qeydə alınan zəlzələnin ocağı 14,5 kilometr dərinlikdə baş verib.
Vali Yavuz Səlimin “Tvitter”də yazdlğına görə, tələfat və ya dağıntılar barədə onlara məlumat daxil olmayıb
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 10 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Hadisə nəticəsində 44 374 nəfər ölüb.