Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Senzor.az-ın xəbərinə görə, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb.
Bununla da iclaslarda baxılan məsələlərin sayı 900-ü ötüb.
Komissiyanın növbəti iclası isə martın 7-də keçiriləcək.
**16:06
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası başlayıb.
Məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə baxılır.
Bu günə qədər iclaslarda baxılan müraciətlərin sayı 950-ni ötüb.
Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.