Qarabağ iqtisadi rayonu ərazisinin 15 faizi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev Ağdamda minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupunun iclasında deyib.
O bildirib ki, Ağdam rayonu 26 faiz, Füzuli rayonu 23 faiz, Tərtər rayonu isə 15 faiz mina və partlamamış hərbi sursatdan təmizlənib: "Prezident tərəfindən azad olunmuş ərazilərdə bir çox layihələrinin təməli qoyulub. Artıq bəzi layihələr yekunlaşıb. Bufer zonalar da təmizlənməkdədir".