Ceyhun Bayramov Timor Leste Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri ilə görüşüb
YENİLƏNİB, FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Timor Leste Demokratik Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri, Prezident ofisinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri Dionisio Babo Soares ilə görüşüb.


Bu barədə Senzor.az-a XİN-dən məlumat verilib.


Görüş zamanı Azərbaycan və Timor Leste arasında münasibətlərin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişafı perspektivləri müzakirə mövzusu olub.


Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, habelə QH çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi məsələsində qarşılıqlı razılıq ifadə olunub.

Timor Leste Demokratik Respublikasının Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri, Prezident ofisinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri Dionisio Babo Soares dövlətinin Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verdiyini və ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O eyni zamanda QH Zirvə Görüşünün uğurlu təşkilinə görə minnətdarlığını bildirib.


Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu olub.

**19:19

Martın 2-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olan Küveyt dövlətinin xarici işlər naziri Şeyx Salem Abdullah Al-Caber Al-Sabah ilə görüşüb.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.


Qeyd olunub ki, görüşdə Azərbaycan və Küveyt arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq gündəliyi, çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.


Ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edən nazir Ceyhun Bayramov, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən danışıb. Nazir Ceyhun Bayramov BMT, QH, İƏT çərçivəsində ölkələr arasında qarşılıqlı dəstəyi məmnuniyyətlə qeyd edib.

Görüş zamanı habelə “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiya” çərçivəsində fəaliyyət müzakirə olunub.


Küveyt naziri Azərbaycanın Qoşulmama Hərəkatına müvəffəqiyyətli sədrliyinə görə minnətdarlıq ifadə edib. Əlaqələrin artan xətt üzrə inkişaf etdiyini qeyd edən nazir, iki ölkə arasında mütəmadi olaraq keçirilən görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.


Tərəflər həmçinin turizm, elm, təhsil, mədəniyyət və digər sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.


Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

**16:27

Martın 2-də xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Fələstin Dövlətinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşüb.


XİN-dən Senzor.az-a verilən xəbərə görə, görüş zamanı, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən bölgədə cari vəziyyət müzakirə mövzusu olub.


Azərbaycan və Fələstin arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində əlaqələrin müxtəlif sahələrdə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Bu xüsusda, Fələstinin Ramallah şəhərində Azərbaycan Respublikasının Təmsilçilik Ofisinin açılmasının mövcud münasibətlərin inkişafına daha böyük təkan verəcəyinə dair inam ifadə olunub.

Beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, habelə QH çərçivəsində göstərilən qarşılıqlı dəstəyin təqdirəlayiq olduğu, bu xüsusda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.


Nazir Riyad Əl-Maliki Azərbaycan ilə Fələstin arasında qarşılıqlı hörmət, həmrəylik və dostluğa əsaslanan münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, habelə siyasi dialoqun əhəmiyyətini vurğulayıb.


Nazir Riyad Əl-Maliki, Azərbaycanın QH-ya sədrliyinin Hərəkatın inkişafına mühüm töhfələr verdiyini, onun daha da gücləndirilməsinə xidmət etdiyini bildirib.

**16:16

Martın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Sudan Respublikasının xarici işlər naziri Əli Əl-Sadiq Əli ilə görüşüb.


Senzor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.


Qeyd olunub ki, görüş zamanı, iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, o cümlədən bölgədə cari vəziyyət müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Sudan arasında ikitərəfli münasibətlərin, həmçinin çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın inkişafında siyasi dialoqun, habelə qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Sudanın beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), QH çərçivəsində Azərbaycanın mövqe və təşəbbüslərini dəstəkləməsi məmnunluqla xatırlanıb.


Nazir Əli Əl-Sadiq Əli, QH-ya uğurlu sədrlik etməsi münasibətilə Azərbaycana minnətdarlığını ifadə edib. Bu xüsusda, QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşünün keçirilməsinin Azərbaycanın QH-ya sədrliyi çərçivəsində irəli sürülmüş vacib təşəbbüslərdən biri olduğu diqqətə çatdırılıb.


Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.