Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
Senzor.az bildirir ki, sonuncu oyun günündə iki qarşılaşma olacaq.
İlk olaraq "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Tərəflər indiyədək ölkə çempionatlarında 56 dəfə üz-üzə gəliblər. Bunların 10-da "qırmızı-qaralar", 31-də Ağdam təmsilçisi meydanı üç xalla tərk edib. Topların nisbətində də "Qarabağ"ın aşkar üstünlüyü var - 87:43.
Hazırda “Qarabağ” 62 xalla liderdir. Meydan sahibləri 32 xalla 5-ci pillədə qərarlaşıb.
Tura "Turan Tovuz" - "Neftçi" görüşü ilə yekun vurulacaq. Komandalar bu vaxtadək iki dəfə qarşılaşıblar. Bunların 1-də bakılılar qələbə qazanıbsa, digər matç heç-heçə yekunlaşıb.
Tovuz klubu 26 xalla 6-cı, "ağ-qaralar" 49 xalla üçüncü sıradadır.
Qeyd edək ki, turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" isə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.