Almaniya səfiri Gəncədə Ermənistanın raket atdığı ərazidə olub - FOTO
YENİLƏNİB

“Gəncədə bu dağıntıları görmək, burada çoxlu sayda insanların həlak olduğunu eşitmək çox üzücüdür. Təəssüf ki, hələ də Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmayıb. Biz çox istərdik ki, bu regionda da sülh əldə olunsun”.


Bunu Gəncəyə səfər çərçivəsində Vətən müharibəsi dövründə Ermənistan tərəfindən raket zərbələrinə məruz qalan ərazidə olarkən Almaniyanın ölkəmizdəki səfiri Ralf Horlemann deyib.


Səfir müharibənin çox amansız olduğunu vurğulayaraq çox vaxt bundan dinc əhalinin əziyyət çəkdiyini təəssüflə bildirib.


Səfirə məlumat verilib ki, Ermənistan ordusunun Gəncədə törətdiyi müharibə cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. 20-dən artıq ev tamamilə dağılıb, 100-dən artıq ev və bir o qədər də obyektə ciddi ziyan dəyib.


Ralf Horlemann raket zərbələri zamanı həyatını itirən dinc sakinlərin ruhuna hörmət əlaməti olaraq əraziyə güllər qoyub.

**11:39

Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann Gəncəyə səfər edib.


Bu barədə diplomat öz “Twitter“ səhifəsində məlumat verib.


“Bu gün və sabah Nizami Gəncəvinin, Mirzə Şəfinin vətəni olan mədəniyyət şəhəri Gəncədəyik. Səfərə görə və Gəncə İH başçısı cənab Niyazi Bayramovla görüşməkdən çox şad olacağam”, o yazıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.