Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunda dəfn olunub.
Məlumata görə, şəhid hərbi qulluqçu, 2003-cü il təvəllüdlü Eşqin Hüseynov Hunanılar kəndinin qəbiristanlığında torpağa tapşırılıb.