Ermənistanda ruslara məxsus olmuş hərbi hissənin ərazisi satışa çıxarılıb.
Bu barədə "Hraparak" məlumat yayıb.
Bildirilir ki, Dövlət Əmlakının İdarə Edilməsi Komitəsi Şenqavit şəhəri, Şiraki küçəsində yerləşən 63 nömrəli binanı mülki məqsədlər üçün satışa qoyub. Məlumata görə ərazi Müdafiə Nazirliyinə məxsusdur və satışa çıxan 71 hərbi daşınmaz əmlakdan biridir. Mülkün təxmini dəyəri 190 milyon 950 min dramdır.
"Əmlak 715,56 kvadratmetrdən ibarətdir. İctimai bina və onun saxlanılması üçün ayrılmış torpaq sahəsi isə 0,17475 hektardır. Məlum olub ki, satışa çıxarılan əmlak keçmiş Rusiya hərbi birləşməsinə məxsus olub”, - nəşr yazıb.
Qeyd edək ki, Ermənistanda onlarla keçmiş hərbi obyekt satışa çıxarılıb. Onlardan bir neçəsi İrəvanda yerləşir və yerli media ərazidə elit yaşayış kompleksinin tikiləciyini iddia edir.(AzVision.az)