Sahibə Qafarova Kamboca Milli Assambleyasının sədr müavini ilə görüşüb
FOTO

Martın 9-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Kamboca Krallığı Milli Assambleyasının sədr müavini Xuon Sudarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.


Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Senzor.az-a verilən xəbərə görə, qonaqları səmimiyyətlə salamlayan Milli Məclisin sədri bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını ifadə edib. Milli Assambleyanın nümayəndə heyətinin 10-cu Qlobal Bakı Forumunda iştirak etmək üçün ölkəmizə səfər etdiyini xatırladan Sahibə Qafarova bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş bu forum artıq dünyadakı aktual çağırışların liderlər arasında müzakirə olunduğu mühüm beynəlxalq tədbirə çevrilib.


Gələn il Azərbaycan və Kamboca Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olacağını diqqətə çatdıran Milli Məclisin sədri, ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişafı üçün yaxşı imkanların olduğunu bildirib.


Spiker Sahibə Qafarova parlamentlərimiz arasında əməkdaşlıqdan da danışaraq, bu sahədə hər iki parlamentdə fəaliyyət göstərən qarşılıqlı dostluq qruplarının xüsusi rol oynadığını deyib. O, beynəlxalq parlament təşkilatlarında, xüsusilə Qoşulmama Hərəkatı və onun Parlament Şəbəkəsində, həmçinin ASEAN Parlament Assambleyasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Sahibə Qafarova ötən ilin noyabrında Kamboca Krallığına rəsmi səfərini məmnunluqla xatırlayaraq, göstərilən qonaqpərvərliyə, Azərbaycanın ASEAN Parlament Assambleyasına müşahidəçi üzv kimi qəbul olunmasına dəstəyə görə təşəkkür edib. O, səfər çərçivəsində Kambocada bir sıra mühüm görüşlər keçirdiyini və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyini diqqətə çatdırıb.


Milli Məclisin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünə uyğun olaraq, Şəbəkənin yaradılması, onun təsis yığıncağı, Bakıda keçirilən birinci konfransı, bir neçə gündən sonra Manamada keçiriləcək ikinci konfransı, təşkilatın institusional inkişafı üçün görülən işlər, qarşıda duran vəzifələr haqqında danışıb. Sahibə Qafarova qeyd edib ki, Parlament Şəbəkəsi bir sıra mühüm məsələlərin müzakirəsi üçün mühüm platformadır.


Görüşdə Milli Məclisin sədri Azərbaycanın uğurlu inkişafı, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbədən sonra yaranmış yeni reallıq, Ermənistanın sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi barədə qonaqlara məlumat verib.


Səmimi görüşə və 10-cu Qlobal Bakı Forumuna dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən Kamboca Krallığı Milli Assambleyasının sədr müavini Xuon Sudari spiker Sahibə Qafarovanın Kambocaya rəsmi səfərini məmnunluqla xatırlayıb.

Kamboca və Azərbaycan arasında hökumətlərarası və parlamentlərarası əlaqələrdən danışan Xuon Sudari ötən il Milli Məclisin sədri Sahibə Qafarovanın Kambocaya rəsmi səfəri çərçivəsində iki ölkənin parlamenti arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini qeyd edib. Qonaq parlamentlərimizin beynəlxalq təşkilatlar, əsasən də Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, ASEAN Parlament Assambleyası çərçivəsində əməkdaşlığının perspektivləri barədə fikirlərini bölüşüb, hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı dostluq qruplarının əməkdaşlığın inkişafındakı rolunu qeyd edib.


Söhbət zamanı Kamboca Krallığı Milli Assambleyasının sədr müavini Kamboca Krallığı Parlamentinin strukturu, ölkəsindəki mövcud sosial-iqtisadi vəziyyət, seçki sistemi barədə məlumat verib.


Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.