Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 47 932-yə yüksəlib.
Bu barədə daxili işlər naziri Süleyman Soylu bildirib.
**18:14
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayə 47 mini keçib.
Türkiyə KİV-i xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, 115 mindən çox insan isə yaralanıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.