İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının iclası keçirilib

Martın 10-da İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib.


Nazirlər Kabinetindən Senzor.az-a verilən məlumata görə, iclasda Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat, Xarici İşlər, Maliyyə, Energetika, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Neft Şirkəti, Meliorasiya və Su Təsərrüfatı ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak ediblər.


Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Əli Əhmədov Azərbaycanın 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin təsirlərinin azaldılması üzrə beynəlxalq səylərə qoşulduğunu və 2016-cı ildən Paris Sazişinə uyğun beynəlxalq təşəbbüslərə özünün töhfəsi olaraq baza ili ilə müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalmanı hədəf kimi götürdüyünü qeyd edib. O xüsusi vurğulayıb ki, iqlim dəyişmələri ilə bağlı problemin aktuallığının əhəmiyyətini nəzərə alaraq ölkəmiz iqlim dəyişmələrinin təsirinin azaldılması sahəsində zəruri beynəlxalq həmrəyliyi həyata keçiri, istilik effekti yaradan qazların emissiyasının azaldılması hədəflərinə çatmaq üçün bir sıra layihələri reallaşdırır.


Kənd təsərrüfatı naziri İnam Kərimov iqlim dəyişmələrinin kənd təsərrüfatına təsiri və bunun nəticəsində yarana biləcək problemlər barədə məlumat verib.


Tədbirdə Dövlət Komissiyasının sədr müavini, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev İqlim dəyişmələrinin yaratdığı risklər və iqlim dəyişmələrinin təsirinə daha çox həssas olan sahələrin bu prosesə uyğunlaşması (adoptasiyası) istiqamətində görülməsi zəruri olan tədbirlər ətrafında çıxış edib.


Dövlət Komissiyasının Katibliyinin rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Katibliyin və İşçi Qrupun fəaliyyəti, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva isə “Müəyyən Edilmiş Milli Töhfələr” (NDC) sənədinin yenilənməsi və İşğaldan azad edilmiş ərazilərdə 2050-ci ilə qədər “netto sıfır emissiya” zonası hədəflərinə çatmaqla bağlı zəruri olan tədbirlər barədə məlumat veriblər.


Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, energetika nazirinin müavini Samir Vəliyev, Dövlət Statistika Komitəsinin sədr müavinin Yusif Yusifov müvafiq sektorlar üzrə görülmüş işlər və nəzərdə tutulan növbəti addımlar barədə fikirlərini bildiriblər.


Müzakirələrin nəticəsinə əsasən, Dövlət Komissiyasının sədri Əli Əhmədov “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC) sənədinin yenilənməsi, “Aşağı emissiyalı inkişaf strategiyası”nın hazırlanması və İşğaldan azad olunmuş ərazilərdə 2050-ci ilə qədər “netto sıfır emissiya” zonasının yaradılması ilə əlaqədar müvafiq tapşırıqlar verib, bu sahədə məlumatlandırılmanın artırılması üçün təşviqat və təbliğat işlərinin genişləndirilməsinin zəruriliyini Komissiya üzvlərinin diqqətinə çatdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.