Bu il Bakıda keçiriləcək beynəlxalq konfransla əlaqədar Təşkilat Komitəsi yaradılıb - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.


Senzor.az-ın xəbərinə görə, sərəncamda deyilir ki, idman sahəsində hökumətlərarası təşkilatları, idman hərəkatlarını, ixtisaslaşmış qeyri-hökumət təşkilatlarını və idman mütəxəssislərini bir araya toplayan UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransı (MİNEPS) dünyada bədən tərbiyəsi və idman sahəsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur.


2022-ci il oktyabrın 28-də Paris şəhərində UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) növbəti sessiyasında Azərbaycan Respublikası Hökuməti ilə UNESCO arasında Ev sahibliyi haqqında Saziş imzalanmış və Azərbaycan 2023-cü ildə keçiriləcək Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransına (MİNEPS VII), eləcə də əlaqədar yığıncaqların təşkilinə ev sahibliyi etmək hüququ əldə edib.


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:


1. Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:


Təşkilat Komitəsinin sədri


Azərbaycan Respublikasının gənclər və idman naziri


Təşkilat Komitəsinin üzvləri:


Azərbaycan Respublikası maliyyə nazirinin müavini


Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini


Azərbaycan Respublikası xarici işlər nazirinin müavini


Azərbaycan Respublikası daxili işlər nazirinin müavini


Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini


Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini


Azərbaycan Respublikası səhiyyə nazirinin müavini


Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini


Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti rəisinin müavini


Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavini


Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin müavini


Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini


Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini


Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi İdarə Heyətinin sədri


Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi


Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyasının Baş katibi


Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini


Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) İdarə Heyətinin sədri


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri


“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti


Bakı Konqres Mərkəzinin direktoru.


Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MİNEPS VII) Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirməlidir.


Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.