Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 828 906 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 548 nəfər müalicə olunaraq sağalıb, hazırda 215 aktiv xəstə var. Bu günə qədər 10 143 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 519, bu günə qədər isə ümumilikdə 7 540 198 test icra olunub.