Mövcud vəziyyətə uyğun olaraq Hatayda 183 min mənzil və 15 min kənd evi tikməyi planlaşdırırıq.
Senzor.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda sakinlər qarşısında çıxışı zamanı deyib.
Türkiyə Prezidenti qeyd edib ki, zəlzələ bölgəsində indiyədək 426 min çadır qurulub, iki ayda isə 100 min konteynerin quraşdırılması nəzərdə tutulur.
**16:24
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hataya səfər edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, dövlət başçısı Hatayda zəlzələdən əziyyət çəkənlər üçün qurulmuş çadır şəhərciyinə baş çəkəcək.
Daha sonra Ərdoğanın Antakyada Qətərin göndərdiyi konteynerlərdən qurulmuş şəhərciyə yollanacağı bildirilib.
Ərdoğanla birlikdə MHP sədri Dövlət Baxçalı da Hataya gedib.