Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki. tərəflər Bakı, İrəvan və Moskva arasında imzalnmış üçtərəfli sazişlərin icrasını müzakirə ediblər.
Söhbət zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmaların icrası, o cümlədən sərhəddə təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlar da müzakirə olunub.