Ermənistan Xarici İşlər Nazirliyinə yeni mətbuat katibi təyin edilib.
"Sputnik Armenia" xəbər verir ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan bu vəzifəyə Ani Badalyanı təyin edib.
**18:28
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vaan Unanyan istefa verib.
O, bu barədə özünün “Facebook” səhifəsində bildirib.
Vaan Unanyan öz ərizəsi ilə işdən çıxdığını, fəaliyyətini Xarici İşlər Nazirliyində davam etdirəcəyini vurğulayıb.
Unanyan XİN-in mətbuat katibi vəzifəsini Ani Badalyanın icra edəcəyini qeyd edib.