Birləşmiş Millətlər Təşkilatının (BMT) və Azərbaycan hökumətinin nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonuna səfər ediblər.
Senzor.az bildirir ki, səfərdə ümumilikdə 30-a yaxın nümayəndə iştirak edir. Bakı-Ağdam marşrutu üzrə hərəkət edən qonaqlar öncə Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Füzuli ilə tanışlıqdan sonra qonaqlar Ağdam rayonunda keçiriləcək konfransa yola düşəcəklər. Füzuli şəhərində qonaqlar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq və tikinti işləri, Azərbaycan tərəfindən həyata keçirilən infrastruktur layihələri, Füzuli şəhərinin inkişaf planı, eyni zamanda, bu şəhərdə işğal dövründə erməni vəhşiliyi barədə məlumatlandırılıcaq.