AMEA-nın elmi bölmələrinin hansı prosesdən keçərək yaradılmasına dair Nizamnaməyə müddəa əlavə edilib.
Bunu AMEA-nın prezidenti İsa Həbibbəyli Ümumi yığıncaqda deyib.
Bildirilib ki, artıq elmi bölmələr Prezident Administrasiyası ilə razılaşdırılması şərtilə Rəyasət Heyəti tərəfindən qəbul olunacaq və Ümumi yığıncaqda təsdiqlənəcək.
Qeyd edilib ki, AMEA-nın yeni nizamnaməsi təsdiq olunması üçün Prezidentə təqdim olunacaq.
**11:39
Gələn ildən AMEA-nın Ümumi yığıncağı fevral ayında keçiriləcək.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.
O bildirib ki, Sovet dövründən qalan ənənəni aradan qaldırmaq lazımdır:
"Yığıncaq gec keçiriləndə müzakirə üçün çox, elmi tədqiqat üçqn az vaxt qalırdı. Ona görə də, biz müzakirələrə noyabrın 25-də başlayıb, fevralın 15-nə kimi bitirmək istəyirik ki, elmi tədqiqat üçün daha çox vaxtımız olsun".
**11:10
AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilir.
Senzor.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyətinin nümayəndələri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları iştirak edirlər.