Muxtar Babayev: “Azərbaycan BMT-nin dəstəyini yüksək qiymətləndirir” - YENİLƏNİB

“Azərbaycandan başqa Qafqazda heç bir ölkə hələ də BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasına qoşulmayıb”.


Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə yüksək səviyyəli strateji məsləhətləşmələr zamanı deyib.


O söyləyib ki, bu Konvensiya region ölkələrinin transsərhəd su problemlərinin həlli istiqamətində səylərini birləşdirərək səmərəli əməkdaşlıq edə biləcəyi yeganə mövcud platformadır.

**12:15

Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilir.


Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak edir.


Bugünkü tədbir ötən il Şuşada təşkil edilmiş Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının davamı olaraq baş tutub.


Tədbirdə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, oraya əhalinin qayıdışı və bu prosesdə beynəlxalq təcrübənin tətbiqi müzakirə edilir.

Həmçinin, bu müstəvidə BMT, Dünya Bankı və Avropa İttifaqının birgə post-böhran mexanizmi olan bərpa ehtiyaclarının qiymətləndirilməsi metodologiyasının ölkəmizdə tətbiqi sahəsində fikir mübadiləsi aparılır.


Tədbirin yekununda iştirakçılar tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Ağdam şəhərində ağacəkmə aksiyası keçiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.