Türkiyədə baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 49 589-a yüksəlib.
Senzor.az-ın məlumatına görə, bu barədə Türkiyə vitse-prezidenti Fuat Oktay bildirib.
“Episentri Kahramanmaraş vilayətində yerləşən zəlzələlər nəticəsində 49 589 nəfər ölüb ki, onlardan 6 807 nəfəri xarici vətəndaşlardır”, - o deyib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.