Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Novruz bayramı münasibətilə paylaşım edib.
Senzor.az bildirir ki, paylaşımda deyilir: "Əziz bacılar və qardaşlar!
Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!
Allah Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə dözüm və səbir versin! Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".