Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,38 dollar azalaraq 77,74 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,09 dollar ucuzlaşaraq 72,72 dollar təşkil edib.
Azərbaycan neftinə gəlincə, onun qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,03 dollar artaraq 78,28 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti (135,99 dollar) martın 9-da qeydə alınmışdı.