Milli Məclis Fransa Senatına qarşı etiraz bəyanatı qəbul edib

Milli Məclis Fransa Senatında martın 16-da növbəti dəfə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş, beynəlxalq hüquqa açıq hörmətsizlik ifadə edən konfransla bağlı bəyanat qəbul edib.


Senzor.az xəbər verir ki, bəyanat layihəsinin mətnini layihənin hazırlanması üçün yaradılmış komissiyanın üzvü deputat Sevil Mikayılova səsləndirib.


Çıxışdan sonra bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.


Bəyanat mətnində qeyd olunub ki, Azərbaycan ərazilərinin işğalı dövründə sülhün əldə edilməsi üçün heç bir addım atmayan, Ermənistanın işğalçılıq siyasətini dəstəkləməyə üstünlük vermiş, münaqişə həll edildikdən sonra onun yanında yer alan, həm milli, həm də beynəlxalq səviyyədə Ermənistanı revanşizmə şirnikləşdirmiş addım və təşəbbüslərin müəllifi olan Fransa bölgədə itirdiyi mövqeyini kobud üsullarla bərpa etmək cəhdləri uğursuzluğa uğrayır:


“Öz davranışı ilə Fransa nəinki Cənubi Qafqaz regionunun, bütövlükdə Avropanın sülh, sabitlik və dayanıqlı inkişafla bağlı maraqlarına zərbə vurur.


Fransa tərəfinin son təxribatçı addımları şəraitində Azərbaycan parlamentinin prinsipial mövqeyini bir daha təsdiq edərək Fransa senatının Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi kimi yanlış praktikadan əl çəkməyə, Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı hərəkətlərdən, onun daxili işlərinə müdaxilədən çəkinməyə, Ermənistanla Azərbaycan arasında uzun müddətli sülh yaradılmasına xidmət edən addımlar atmağa çağırırıq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.