ABŞ-da Kapitoli polisi Konqres kitabxanası yaxınlığında yük maşınına bomba quraşdırılması barədə məlumatları araşdırır.
Bu barədə polisin “Twitter” səhifəsi məlumat yayıb.
Bildirilib ki, ölkə parlamenti ətrafındakı bir neçə məhəllə mühasirəyə alınıb, ərazidəki insanlar təxliyə edilib. Əhaliyə Konqresə yaxın rayonlardan kənar durmaq tövsiyə olunub.
Hadisənin təfərrüatları barədə məlumat verilməyib.
Qeyd edək ki, Konqres kitabxanası ölkənin parlament və Ali məhkəmə binalarının bilavasitə yaxınlığında yerləşir.