Hazırda müşahidə edilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh, Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.Senzor.az bildirir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir: "Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meterioloji amilləri nəzərə alsınlar".