Biləcəri-Binəqədi şosesində nəqliyyat hadisəsi baş verib. Bakupost.az xəbər verir ki, hadisə nəticəsində 99 OB 231 nömrə nişanlı avtomobil ərazidə yerləşən kafeyə girib.
Hadisəyə "Hyundai" markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olub.