Kəlbəcərin erməni işğalından azad olunmasından bir il ötür
FOTO
Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür.
 
Senzor.az xatırladır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistanın təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatdı.
 
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
 
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı.
 
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalandı.
 
Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istədi. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə getdi, ermənilərə 10 gün vaxt verdi.  Lakin verilmiş 10 gün möhlət müddətində də ermənilər xislətlərinə uyğun davranaraq, Kəlbəcərdə dağıntılar törətdilər, 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan etdilər, yandırdılar, ağacları qıraraq ekoloji terrora əl atdılar. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırdılar...   
Bütün bunlara baxmayaraq, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyuldu.
 
Qeyd edək ki, Azərbaycan Kəlbəcərin, eləcə də Ağdam və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail oldu. Bu, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün oldu.
 
Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi...
 
Onu da xatırladaq ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il aprelin 2-də işğal edilmişdi.
 
Ermənistan işğal müddətində Kəlbəcər şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.
 
Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Kəlbəcərin 71 000-dən çox əhalisi səbirsizliklə doğma yurda qayıdış gününün başlamasını gözləyir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.