Azərbaycan paytaxtında bəzi yollarda sıxlıq müşahidə olunur.
Senzor.az Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən bildirir ki, hazırda Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsi istiqamətindən başlayaraq, “Avtovağzal” metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində), Binəqədi şosesi - (əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə var. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur.
Həmçinin Ziya Bünyadov prospekti - Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, DİN Hospitalının qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə) sıxlıq müşahidə olunur. Səbəbi isə nəqliyyat vasitələrinin çoxluğudur.
Tbilisi prospekti - Əsas yolun (20 Yanvar dairəsindən başlayaraq, əsasən Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər) şəhər istiqamətində də sıxlıq var.