Axtarışda olan Özbəkistan vətəndaşı ölkəsinə ekstradisiya olunub

Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya olunub.


Bu barədə Senzor.az-a Baş Prokurorluqdan məlumat verilib. 


Qeyd olunub ki, Azərbaycanın Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Kişinyov Konvensiyasının tələblərinə əsasən, Özbəkistan ərazisində cinayət törətməkdə təqsirləndirilən həmin ölkənin vətəndaşı Əhmədov Otabek İzzatoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunması barədə Azərbaycanın Baş Prokurorluğuna sorğu edilib.


Belə ki, Otabek Əhmədov külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində beynəlxalq axtarış elan olunub.


Baş Prokurorluq tərəfindən ekstradisiya icraatı aparılaraq Özbəkistan Baş Prokurorluğunun sorğusu təmin olunub. Otabek Əhmədov hər iki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşlarının müşayiəti ilə sorğu edən ölkəyə təhvil verilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.