Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistanda səfərdədir.
Senzor.az yerli KIV-ə istinadən bildirir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
KTMT-nin baş katibi Ermənistanın Xarici İşlər və Müdafiə nazirlikləri, habelə Təhlükəsizlik Şurasında bir sıra görüşlər keçirib.
Onun Baş nazir Nikol Paşinyanla görüşü də nəzərdə tutulur.
Səfər avqustun 10-da başa çatacaq.